İslamiada: Azərbaycan millisi 1/4 finala vəsiqə qazandı

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam etməkdədi. 

Sportal.az xəbər verir ki, 3x3 basketbolu üzrə Azərbaycanın kişilərdən ibarət yığması bu gün Mərakeş millisi ilə qarşılaşıb.

Görüş millimizin 18:11 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində millimiz qrupda birinci pilləni tutaraq 1/4 finala vəsiqə qazanıb.

Yığmamız yarımfinal uğrunda görüşdə İordaniya ilə üz-üzə gələcək.

Xatırladaq ki, millimiz bundan əvvəl Mali (18:15) və Türkiyə (21:12) yığmaları ilə görüşdən qalib ayrılıb, Qabonla matçda da texniki qələbə qazanmışdı.

Yığmamızın heyətində Zaur Paşayev, Amil Həmzəyev, Endar Poladxanlı və Orxan Aydın yer alıb.

Tarix: 15 Avqust [23:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio