İngiltərə millisinin və "Liverpul"un yarımmüdafiəçisi Cordan Henderson sağalıb.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu İngiltərə millisinə də cəlb olunub.
O, millinin heyətindən kənarlaşdırılmış "Mançester Siti"nin üzvü Kelvin Filipsi əvəzləyib.
Henderson zədəyə görə "Liverpul"a son üç görüşdə kömək ola bilməmişdi.
İngiltərə millisi sentyabrın 23-də İtaliya yığmasının qonağı olacaq, ayın 26-da Almaniya seçməsini qəbul edəcək.