"Slovakiya ilə oyundan qabaq əla atmosfer var idi, futbolçular qələbə haqda düşünürdü"

Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryov Sportal.az saytına açıqlama verib. 

Təcrübəli mütəxəssis yığmamızın bu gün Millətlər Liqasının 5-ci turunun Slovakiyaya qarşı oynayacağı matçdan gözləntilərini bildirib: 

"Şəxsən mən milli komandamıza inanıram. Onlar Slovakiya ilə matçda uğurlu nəticə qazana bilərlər. Futbolçulara, məşqçilər korpusuna uğurlar arzu edirəm. Bu gün ya bərabərə qalacağıq, ya da qalib gələcəyik".

DÇ-2002-nin seçmə mərhələsi oyunları zamanı Slovakiyanı evdə 2:0 millimizə həmin vaxtı məhz İqor Ponomaryov rəhbərlik edirdi. O, 2001-ci ildə keçirilən görüşü bu cür xatırlayıb:

"Həmin oyunun üstündən çox vaxt keçib. Təbii ki, bu oyunu xatırlamaq da xoşdu. Slovakiyaya qalib gələcəyimizə inanırdıq. Uşaqlar əla oynamışdı. Halbuki Slovakiya dünya çempionatına vəsiqə qazana biləcək, favorit komandalardan idi. Millidə Zaur Tağızadə, Vadim Vasilyev, Tərlan Əhmədov, Mehman Yunusov, Emin Ağayev kimi oyunçularımız var idi. Futbolçularımızın hamısı yaxşı idi. Qapıda isə Cahangir Həsənzadə dayanmışdı. O, bir gün əvvəl U-21 yığmasının heyətində meydana çıxmışdı. Təsəvvür edin, Cahangir üçün necə yükləməydi. Amma o, qapıda əla dayandı. İndi xatırlayıram, necə də güclü futbolçularımız var idi. Slovakiya ilə oyundan öncə əla istək, atmosfer var idi. Hamı qələbə qazanmaq haqda düşünürdü. Arzu edirəm ki, həmin istək bu gün də millidəki uşaqlarda olsun və onlar qalib gələ bilsinlər.

Hər zamanın tələblərinə uyğun öz futbolçuları, heyəti olur. Hamısı da öz rollarını oynayırdılar. Bugünkü heyətimiz güclüdü, yoxsa zəif, bu haqda nəsə demək doğru olmaz. Hazırki heyətimiz bu cürdü. Əsas məsələ budur ki, hazırki heyətlə nə edə bilərik. Biz onlara inanırıq. Meydana hansı futbolçunun çıxmasından asılı olmayaraq, ümid edirik ki, hamı ən yaxşı şəkildə mübarizə aparacaq, qələbə istəyi yüksək olacaq. Millimizə yalnız uğurlar arzu edirəm".

Mirbağırağa

Tarix: 22 Sentyabr [15:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Sentyabr 2022
28  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio