"Yəqin ki, De Byazi Maksim və Qaranı qazanmaq üçün onlarla fərdi söhbət edəcək"

Azərbaycanlı futbol məşqçisi Sənan Qurbanov Sportal.az saytına müsahibə verib. 

O, AFFA İcraiyyə Komitəsinin qərarı ilə Canni De Byazinin milli komandamızın baş məşqçi postunda saxlanılması ilə bağlı danışıb.

- Canni De Byazi milli komandamızın baş məşqçi postunda qaldı. Bu, sizin üçün gözlənilməz idi?
Sözün düzü, Canni De Byazinin öz postunda qalacağını gözləyirdim. Çünki son oyunlar da göstərdi ki, milli komandamız ona uyğunlaşıb, yaxşı oyun göstərir. Baş məşqçi də komandamızı yaxşı tanıyır.

- Sizcə, nəyə görə italyana üstünlük verdilər? Son üç qələbənin təsiri oldu? 
-
De Byazi artıq iki ildir ki, ölkəmizdədi. Komandanı daha yaxından tanıyır. Son oyunlar da buna sübutdu. Mənə elə gəlir ki, başqa əncəbi məşqçinin gəlməsi bizim üçün yaxşı olmazdı. Çünki gələcək xarici məşqçi də zaman istəyəcəkdi. Canni De Byazi təcrübəli məşqçidi. Son üç görüşdə ardıcıl qələbələr komandamıza və məşqçiyə də inam qazandırıb. Belə qərar verilməsi doğru idi. 

- Sizcə, millini yerli mütəxəssislərdən millini kim çalışdıra bilərdi? 
Yerli məşqçilərdən kiminsə adını çəkmək düzgün olmazdı. Çünki artıq millimizin baş məşqçisi var və bizə də ona uğurlar arzulamaq qalır. Hər kəs De Byaziyə dəstək olmalıdır ki, qələbələrin ardı gəlsin. Daha da pozitiv düşünməliyik. Millimizin inkişafını istəyirik, daha yaxşı nəticələr gözləyirik. Ona görə də məşqçi adı çəkməyim düzgün çıxmaz. Canni De Byaziyə və millimizə uğurlar arzulayıram.

- Azərbaycan millisi gələcək üçün nəsə vəd edir? 
- Son üç oyun bizim üçün çox yaxşı alındı. Həmin oyunların nəticələri də Canni De Byazinin postunda qalmasına təsir etdi. Çünki yaxşı nəticələrə də ehtiyacımız var idi. Son oyunlarda da uduzsaydıq, daha necə olacaqdı, bilmirəm. Amma axırıncı oyunlar gələcəyə ümidlə baxa biləcəyimizi göstərdi. İndi millimizin qələbələrinin ardını gözləyirik.

- Maksim Medvedev ve Qara Qarayevlə Canni De Byazi arasında münasibətin yaxşı olmadığı görünür. Bundan sonra millidəki ab-hava necə olacaq millidə?
-
Hər ikisi təcrübəli futbolçulardı. Mənə elə gəlir ki, Canni De Byazi Maksim və Qara ilə də danışacaq. Çünki ikisi də komandamız üçün vacib futbolçulardı, təcrübələri də yetərincədi. İnanmıram ki, Canni De Byazi Maksimi və Qaranı itirmək istəsin. O, özü də təcrübəli məşqçidi. Yəqin ki, italiyalı məşqçi Maksim və Qaranı qazanmaq üçün onlarla fərdi söhbət edəcək. Maksimlə Qara millimiz üçün vacib oyunçulardı. Bu, onların öz aralarında həll olunası məsələdi. 

Mirbağırağa

 

Tarix: 5 Oktyabr [13:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
3 Dekabr 2022
2  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio