FIFA-dan Mahir Emreliyə ağır cəza

FIFA Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelini cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb 25 yaşlı forvardın keçmiş klubu "Legiya" qarşısında maliyyə öhdəliklərini yerinə yetirməməsidir. Məsələ ilə bağlı Polşa klubunun hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski tviter səhifəsində paylaşım edib.

 

FIFA Futbol Tribunalı da Mahir Emrelinin "Legiay"ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb. Bildirilib ki, borcunu qaytaranadək onun futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub.

Tarix: 6 Oktyabr [20:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 Noyabr 2022
29  Noyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio