"Qarabağ" ölkəmizin xal ehtiyatını artırdı

09:51 - 7 Oktyabr 2022

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Olimpiakos"a (3:0) qalib gəlməsi Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.

Sportal.az xəbər verir ki, Ağdam klubu ölkənin aktivinə daha 0,500 xal yazdırıb. Bununla da Azərbaycanın xal ehtiyatı 15625-ə çatıb və 29-cu pillədəki yerini qoruya bilib.

"Qarabağ" bir həftə sonra "Olimpiakos"u Bakıda qəbul edəcək. 

Xəbər xətti