Polşada legioner həyatı yaşayan azərbaycanlı: "Kadi bu ölkənin yığmasında oynamağa layiqdir"

11:33 - 2 Dekabr 2022

Polşada "Şeçinek" klubunda oynayan, Azərbaycanın U-17 və U-19 yığmasının sabiq üzvü Ricat Qarayev Sportal.az saytına açıqlama verib.

23 yaşlı müdafiəçi "Qarabağ"ın futbolçusu, Polşa millisində çıxış edəcəyi gözlənilən Kadi Borges haqda danışıb. Qarayevin fikrincə, Kadi adıçəkilən yığma komandaya kömək edə bilər:

"Kadi Borgesin Polşa millisində oynamaq ehtimalı haqda polşalı komanda yoldaşlarımla danışmamışam. Deyəsən, heç onların xəbəri də yoxdur. Məncə, Kadi yaxşı futbolçudur və bu ölkənin yığmasında oynamağa layiqdir. Düzü, onun barədə heç burada danışmırlar. Sadəcə olaraq, mən öz fikrimi deyirəm ki, Kadi əla keyfiyyətlərə malik futbolçudur. Polşa yığmasına dəvət olunacaq gücdədir".

Mirbağırağa

Xəbər xətti