Neymarın 1/8 finalda oynayıb-oynamayacağı bəlli deyil

14:18 - 2 Dekabr 2022

Braziliya millisinin futbolçusu Neymar şənbə günü millinin toplanışına qoşula bilər.

Sportal.az “UOL”a istinadən xəbər verir ki,  Neymar dünya çempionatının ilk turunun Serbiya ilə görüşündə (2:0) sağ topuq nahiyəsindən zədə alıb.

Onun 1/8 final matçında ehtiyat oyunçular skamyasında oturacağı, komandası 1/4 finala çıxacağı təqdirdə isə, oynaya biləcəyi ehtimal edilir.

Xatırladaq ki, Braziliya bu gün DÇ-2022-nin üçüncü turunda Kamerunla qarşılaşacaq.

Xəbər xətti