"Barselona" "Fiorentina"nın yarımmüdafiəçisi Sofian Amrabatla maraqlanır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubu 26 yaşlı mərakeşlini 2022/23 mövsümünün sonuna qədər icarəyə götürmək istəyir.
"Barsa" müqaviləyə futbolçunu satın alma bəndinin daxil edilməsində israrlı deyil.
Mərakeş millisinin aparıcı üzvü "Utrext", "Feyenoord", "Brügge", "Verona" klublarında oynayıb.
saytlarin hazirlanmasi