Kadi Borges zədələndi

11:57 - 4 Fevral 2023

"Qarabağ"dan "Krasnodar"a transfer olan Kadi Borges zədələnib.

Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Qış Kuboku çərçivəsində "Soçi" ilə matçda (1:0) xəsarət alıb. Onun zədəsinin ciddi olmadığı bildirilir.

Qeyd edək ki, "Krasnodar" Kadi Borgesi qış transfer pəncərəsi zamanı "Qarabağ"dan 5 milyon avroya heyətinə qatıb.

Xəbər xətti