"Səbail"i çalışdıracaqdı, Kiprə yollandı

21:12 - 7 Fevral 2023

Rusiyalı məşqçi Aleksandr Kerjakov Kiprə yollanıb.

Sportal.az "РИА Новости" portalına istinadən xəbər verir ki, gənc mütəxəssis "Karmiotissu"ya rəhbərlik edəcək.

Kerjakovun bu mövsümün gedişində "Səbail"ə baş məşqçi təyin olunacağı ilə bağlı iddialar var idi.

Amma sonda Bayıl təmsilçisi Mahmud Qurbanovu Şahin Diniyevlə əvəzlədi. 

Kerjakovun isə son iş yeri 2022-ci ilin iyununda tərk etdiyi “Nijni Novqorod” olub. 

Xəbər xətti