Futbol üzrə İran çempionatında 19-cu turun qarşılaşmaları keçirilir.
Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor" klubu səfərdə "Havadar"ın qonağı olub. Matç Təbriz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu Qustavo Vaqenin vurub.
Xallarını 32-yə yüksəldən "Traktor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Təbrizlilər lider lider "Sepahan"dan 7 xal geri qalır.
saytlarin hazirlanmasi