Millimizin üzvü 90 dəqiqə oynadı, komandası uduzdu

19:42 - 18 Mart 2023

Almaniya 3-cü Bundesliqasında 28-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasını üzvü Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" doğma meydanda "1860 Münhen"i qəbul edib. Qarşılaşma qonaq komandanın 3:1 hesablı qələbəsiylə başa çatıb.

Dmitri Nazarov da bu görüşün iştirakçısı olub. Matça start heyətdə başlayan 32 yaşlı yarımmüdafiəçi 90 dəqiqə meydanda qalıb.

28 turdan sonra 36 xal toplayan "Ersgebirge" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər xətti