Dadaşov Almaniyada növbəti dəfə fərqləndi

10:38 - 1 Aprel 2023

Almaniyada Qərb Regional Liqasının 28-ci turunun bir sıra oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi “Şalke-2” öz meydanında “Vuppertaller” klubuna qalib gəlib (1:0).

Qarşılaşmadakı yeganə qolu 37-ci dəqiqədə Dadaşov vurub.

Bu, Rüfətin cari mövsümdə vurduğu 9-cu qoldur. Hazırda "Şalke-2" 39 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti