"Avropa Liqasını səbirsizliklə gözləyirik"

21:35 - 25 May 2023

"Brayton"un hücumçusu Denni Uelbek "Mançester Siti" ilə 1:1 hesablı heç-heçədən sonra komandasının Avropa Liqasına vəsiqə qazanmasını şərh edib.

Sportal.az xəbər verir ki, “BBC”ə danışan ingiltərəli forvard avrokuboklardakı çıxışlarını səbirsizliklə gözlədiyini bildirib:

"Bu, bizim üçün yüksək göstəricidir. Cari mövsüm çox çalışdıq. Mövsüm ərzində baş məşqçi dəyişikliyi olsa da, hamı buna çox yaxşı reaksiya verdi. Avropa Liqasına vəsqiə qazanmağımız möhtəşəm hadisədir. “Brayton”da əla insanlar çalışır. Biz hər gün inkişaf etmək istəyirik. Klub yüksəlişdədir və biz gələn mövsüm Avropa Liqasını səbirsizliklə gözləyirik".

“Brayton” son tur ərəfəsində Premyer Liqada altıncı pilləni tutaraq qarşıdakı mövsüm Avropa Liqasında oynamağa haqq qazanıb.

Xəbər xətti