Komandanı ölkə çempionu etdi, rəhbərlik onu yola saldı

13:52 - 2 İyun 2023

"Qalatasaray"ın və İspaniya millisinin veteran futbolçusu Albert Riera mövsümün əvvəlində baş məşqçi təyin edildiyi "Olimpiya"dan ayrılıb. 

Sportal.az xəbər verir ki, Sloveniya klubu onunla işbirliyinə son qoyub. 

Bu barədə Sloveniya klubunun mətbuat xidməti məlumat yayıb. O, komandanı 2022/2023 mövsümünün çempionu etsə də, postundan kənarlaşdırılıb. Üstəlik, Riera ölkə kubokunu da "Olimpiya"ya qazandırmışdı.

Xəbər xətti