"Qəbələ"nin kapitanı: "Bu stadion bizim üçün uğurludur"

19:54 - 2 İyun 2023

"Qəbələ"nin kapitanı Murad Musayev Azərbaycan Kubokunun "Neftçi" ilə keçiriləcək final matçından öncə baş tutan mətbuat konfransında iştirak edib.

Sportal.az 29 yaşlı müdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

"Bizim üçün çox önəmli oyundur. Yaxşı hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik ki, kuboka sahib olaq. Azarkeşlərin daha çox olması yaxşıdır. Bu stadion "Qəbələ" üçün uğurludur. Düşünürəm ki, sabah da belə olacaq".

Mirbağırağa

Xəbər xətti