"Sabah" və "Zirə"nin futbolçuları Ukrayna yığmasında

10:29 - 6 İyun 2023

"Zirə" və "Sabah" klublarının futbolçuları Eldar Quliyev və Aleksey Kaşuk Ukraynanın U-21 yığmasına dəvət ediliblər.

Sportal.az Ukrayna Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Ruslan Rotan AVRO-2023-ün final mərhələsi öncəsi Avstriyada keçiriləcək təlim-məşq toplanışı üçün heyəti açıqlayıb.

Quliyev hələ ki, ehtiyat siyahıdadır. Əsas siyahıdakı futbolçulardan biri oranı tərk edərsə, “Zirə”li yığmaya cəlb olunacaq. Aleksey Kaşuk isə Rotanın əsas futbolçularından hesab edilir. Əlavə edək ki, Ukrayna U-21 yığmalarının Rumıniya və Gürcüstanda keçiriləcək Avropa çempionatında iştirak edəcək.
 

Xəbər xətti