"Fənərbaxça" "Qalatasaray"da işləmiş məşqçiyə təklif göndərdi

11:00 - 6 İyun 2023

"Fənərbaxça" Jorje Jezuslə yollarını ayıraraq yeni baş məşqçi ilə anlaşmaq istəyir.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, "Dinamo"nun çalışdırıcısı Mirça Luçesku Türkiyə klubundan təklif alıb. 

Maraqlıdır ki, rumıniyalı mütəxəssis Kiyev klubundan ayrılmaq istəməyib. 77 yaşlı məşqçi 2020-ci il iyun ayından Ukrayna klubuna rəhbərlik edir. Onun "Dinamo" ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq. 

Luçesku "Qalatasaray" və "Beşiktaş"ı çalışdırıb. 

Xəbər xətti