Güləşçimiz ermənini məğlub edib dünya çempionatının finalına yüksəldi - VİDEO

20:58 - 21 Sentyabr 2023

Serbiyanın paytaxtı Belqradda təşkil olunan güləş üzrə lisenziya xarakterli dünya çempionatı davam edir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov yarımfinal görüşünə çıxıb.  77 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda Ermənistan təmsilçisi Malxas Amoyanla üz-üzə gəlib.

Rəqibini 5:0 hesabı ilə məğlub edən Sənan mundialın finalına yüksəlib və Paris Olimpiadasına lisenziya əldə edib.

Xəbər xətti