"Real" qışda hücum xəttini yeni futbolçu ilə gcləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin əsas hədəfi "Leyptsiq"də çıxış edən Timo Vernerdir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Madrid təmsilçisi "Leyptsiq"in heyətdə düşünmədiyi 27 yaşlı forvardı icarəyə götürmək və ya birdəfəlik transfer etmək fikrini nəzərdən keçirir.
Qeyd edək ki, "Leyptsiq" Timo Verneri ötən ilin yayında "Çelsi"dən transfer edib. Almaniya millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.