"Qarabağ" "Adana Demirspor"un forvardını transfer etmək istəyib

14:17 - 1 Mart 2024

"Qarabağ" ötən qış "transfer pəncərəsi"ndə heyətinə qazaxıstanlı futbolçu qata bilərmiş.

Sportal.az xəbər verir ki, bu barədə Qazaxıstanın “vesti.kz” protalı məlumat yayıb.

Belə ki, Ağdam klubu Qazaxıstan millisinin hücumçusu Abat Aymbetovu transfer etməyə yaxın olub.

Lakin Rusiyanın “Krılia Sovetov” və “Astana”nın sabiq futbolçusu karyerasını “Adana Dəmirspor”da davam etdirməyə üstünlük verib. 
 

Xəbər xətti