Əliyar Ağayevin idarə etdiyi oyunda "Dinamo" qalib gəldi

12:57 - 8 Mart 2024

Azərbaycanlı hakim Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edib.

Sportal.az xəbər verir ki, FIFA referisi Konfrans Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində baş tutan "Dinamo" (Zaqreb) - PAOK matçında ədaləti qoruyub. Qarşılaşma Xorvatiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Əliyar Ağayev bu görüşdə 6 sarı vərəqə göstərib. O, hər komandanı 3 dəfə cəzalandırıb.

Xəbər xətti