"Borussiya" baş məşqçisi postuna millinin çalışdırıcısını gətirmək istəyir

14:18 - 12 Mart 2024

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann "Borussiya"ya baş məşqçi təyin edilə bilər.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Dortmund klubunun rəhbərliyi hazırkı baş məşqçi Edin Terziçdən narazıdır.

"Borussiya"nın baş direktoru Hans-Yoahim Vartzke Naqelsmanın böyük pərəstişkarıdır və bunun üçün onu komandanın baş məşqçi postuna gətirməyi planlaşdırır.

36 yaşlı mütəxəssisin Almaniya Futbol Federasiyası ilə müqaviləsi 2024-cü il iyulun 31-nə qədərdir.

Xəbər xətti