"Lerik" - "Ağdaş" matçında 1 qol, 1 qırmızı vərəqə - VİDEO

16:10 - 13 Mart 2024

Futbol üzrə Azərbaycan II Liqasında XVI tura yekun vurulub.

Sportal.az xəbər verir ki, "Lerik" öz meydanında "Ağdaş"ı qəbul edib. Qarşılaşma cənub bölgəsi təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 15-ə yüksəldən "Lerik" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 16 xalı olan "Ağdaş" isə 10-cu yerdədir.

"Lerik" - "Ağdaş" 1:0
Qol:
 Ruslan Tağızadə, 85
Qırmızı vərəqə: Azad Bayramzadə, 74 ("Lerik")

Xəbər xətti