"Fənərbaxça"nın hücumçusu Cenk Tosun Super Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, 3 klub türkiyəli forvardın xidmətində maraqlıdır. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Eyüpspor", "Kasımpaşa" və "Antalyaspor" yanvar ayında Cenki transfer etmək istəyir. 34 yaşlı futbolçu təklifləri götür-qoy etdikdən sonra qərarını verəcək.
Qeyd edək ki, Cenk Tosun "Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesmonun qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.
saytlarin hazirlanmasi
