"Ayın qolu" layihəsinin qalibi mükafatlandırıldı

15:53 - 22 Noyabr 2025

Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Şəfa" futbol klubunun üzvü Nihad Quliyev mükafatlandırılıb.

Sportal.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Oktyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı VIII turun "Şəfa" - "Difai" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.

Xəbər xətti