AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXXII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
16 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXII turun “Şamaxı” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
17 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXII turun “Sabah” – “Neftçi” oyununun 85-ci dəqiqəsində “Sabah” komandasının 20 nömrəli futbolçusu Coy Lens Mikels təcavüzkar davranışa (rəqibə topu aqressiv şəkildə atdığına) görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla, 2 oyun oyuna buraxılmasın, “Sabah” komandası 3000 manat cərimə edilsin. Sınaq müddəti 6 ay təyin edilsin (maddə 45.1, 11.3, 19);
17 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXII turun “Sabah” – “Neftçi” oyununun 85-ci dəqiqəsində “Neftçi” komandasının 7 nömrəli futbolçusu Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7)
saytlarin hazirlanmasi
