"Çalışmağa davam edəcəyəm" - milliyə dəvət almayan futbolçu

20:20 - 20 May 2026

Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti milli komandanın DÇ-2026 üçün heyətini açıqlayıb.

Sportal.az xəbər verir ki, hücum xətti oyunçuları arasında "Betis"in vingeri Antoniyə yer verilməyib. 26 yaşlı futbolçu bununla bağlı açıqlama verib. O, millini dəstəkləyəcəyini deyib:

​"Həmişə etdiyim kimi  çalışmağa davam edəcəyəm. Çünki bu arzunun alovu daxilimdə hələ də sönməyib ​Milli komanda ilə daha bir dünya çempionatında oynaya bilməyəcəyim üçün təəssüflənirəm. Lakin rahatam və bu ana qədər nail olduğum hər şeylə fəxr edirəm. ​İndi isə altıncı titul uğrunda mübarizədə Braziliyanı təmsil edəcək dostlarıma dəstək olmaq vaxtıdır. Onların hər birini ürəkdən dəstəkləyəcəyəm!"

​Qeyd edək ki, Antoninin bu mövsüm aktivində 14 qol və 10 məhsuldar ötürmə var.

Xəbər xətti