"Barselona" Reşfordu komandada saxlamaq istəyir

20:54 - 20 May 2026

"Barselona" "Mançester Yunayted"dən icarəyə götürdüyü Markus Reşfordla bağlı qərarını dəyişib.

Sportal.az xəbər verir ki, daha əvvəl 30 milyon avroluq satınalma bəndini işə salmağı düşünməyən İspaniya klubu ingiltərəli vingeri komandada saxlamaq istəyir. Bu barədə jurnalist Alfredo Martines məlumat yayıb. 

La Liqanın qalibi öncə Redfordu daha 1 il icarəyə götürmək variantını dəyərləndirərcək. Bu alınmasa, klub "qırmızı şeytanlar"a 30 milyon avro ödəyəcək.

Qeyd edək ki, "Barselona" Markus Reşfordu mövsümün əvvəlində icarəyə götürüb. 28 yaşlı futbolçu Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 14 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti