"Mançester Yunayted"dən ayrılan futbolçu Messi ilə eyni komandada olacaq

23:05 - 20 May 2026

Kasemiro "İnter Mayami"yə keçidə yaxındır.

Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi MLS klubu ilə müqavilənin demək olar ki, bütün şərtlərini razılaşdırıb. O, mövsümün sonunda "Mançester Yunayted"dən azad agent kimi ayrılacaq.

Futbolçu onun transferində maraqlı olan digər klublara məhz Florida təmsilçisinə keçmək istədiyini bildirib. Xatırladaq ki, həmin komandada Lionel Messi çıxış edir.

"İnter Mayami"də ümid edirlər ki, liqanın maliyyə qaydalarına riayət etməklə transferi rəsmiləşdirə biləcəklər.

Kasemiro cari Premyer Liqa mövsümündə 34 oyunda iştirak edib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbər xətti