"Franki de Yong "Barselona"nın UEFA Çempionlar Liqasından erkən çıxışı ilə bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, Kataloniya klubu turnirin 1/4 finalında iki oyunun nəticəsinə görə "Atletiko"ya məğlub olub (0:2, 2:1).
De Yonq “Barselona”nın baş məşqçisi Hansi Flikin “uğuru eqo öldürür” fikrinə də münasibət bildirib. Onun sözlərinə görə, məşqçi bu fikri konkret bir oyunçuya yönəltməyib və səbəbini açıq şəkildə izah etməyib.
Yarımmüdafiəçi komanda daxilində böyük dəyişikliklər görmədiyini, yalnız mövsümöncəsi hazırlığın bir qədər çətin keçdiyini deyib. O, həmçinin komandada liderlik çatışmazlığı olduğunu düşünmədiyini vurğulayıb.
Franki de Yong qeyd edib ki, "Barselona" artıq liqa və Superkubok kimi titullar qazanıb, lakin ÇL və kubokda daha yaxşı nəticə üçün inkişaf etməlidir.
O, komandanın yüksək müdafiə xətti və digər taktiki detallar üzərində işlədiyini, lakin hələ də təkmilləşdirilməli çox məqam olduğunu əlavə edib.
saytlarin hazirlanmasi
