Premyer Liqaya geri qayıdan klub braziliyalı müdafiəçi ilə danışıq aparır

10:22 - 5 İyun 2026

Premyer Liqaya geri qayıdan “Şəfa” heyətinə legioner oyunçu da cəlb edəcək. 

Öncə, yalnız heyətin yerlilərdən formalaşdırılacağı bildirilsə də, rəhbərlik legionerlərə də “qucaq açıb".

Sportal.az saytına verilən məlumata görə, Premyer Liqaya vəsiqə qazanmış klub “Şamaxı”nın yollarını ayırdığı Sezar Enrikeni gündəminə alıb.

Belə ki, paytaxt təmsilçisi braziliyalı ilə danışıqlar aparır və onu razı salmağa çalışır.

26 yaşlı futbolçu “İtuano”, “Brasil Pelotes”, “San Xose”, “Kaşias”(hamısı Braziliya) klublarında oynayıb.
 

Xəbər xətti