“Barselona” “Atletik”in müdafiçisi, İspaniya millisinin heyətində düya çempionu olan Aymerik Laportenin transferindən imtina edib.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, Laporte öz xidmətini “Barselona”ya təklif etmişdi. Kataloniya təmsilçisi onu heyətinə cəlb etmək ideyasına müsbət yanaşmayıb.
Hans-Diter Flik müdafiənin mərkəzini gücləndirməyi prioritet hesab etmir.
Bundan əlavə, katalonlar Nikolas Vilyamsla bağlı transfer qalmaqalından sonra Bilbao təmsilçisi ilə münasibətlərini çətinləşdirmək istəmirlər.
32 yaşlı müdafiəçinin "Atletik"lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
