"Qarabağ"la matçdan əvvəl qalib gəldilər - VİDEO

09:18 - 28 İyul 2026

Avropa Liqasında "Qarabağ"ın rəqibi olan ÇSKA Bolqarıstan çempionatında 2-ci turun matçını keçirib.

Sportal.az xəbər verir ki, Xristo Yanevin rəhbərlik etdiyi kollektiv evdə "Botev"lə üz-üzə gəlib.

Sofiya klubu bu görüşdə 3:2 qələbə qazanıb.

"Qarabağ"ın rəqibi 4 xalla 5-ci pillədədir.

ÇSKA - "Qarabağ" matçı iyulun 30-da keçiriləcək. Komandalar arasında ilk oyun 0:0 başa çatıb.

Xəbər xətti