"Hansı komandaya azarkeşlik edəcəyimi deyə bilmərəm, hər ikisində gözəl vaxtlarım olub" - ÇSKA və "Qarabağ"da oynamış legioner

11:49 - 28 İyul 2026

"Qarabağ" və ÇSKA-nın(Sofiya) sabiq futbolçusu Artim Şakiri Sportal.az saytına müsahibə verib.

- ÇSKA ilk matçda Bakıda "Qarabağ"la heç-heçə etdi. Komandaların bu matçdakı performansını necə dəyərləndirirsən?

Matçdan əvvəl də demişdim ki, ÇSKA böyük və güclü komandadır. Onlar artıq çox yaxşıya oynayırlar və bu komandaya qarşı qarşı çox çətin olacağını bilirdim. Düzü, Böyük Britaniyada olduğum üçün oyunu ilk dəqiqədən izləyə bilmədim. Lakin matçın təkrarına baxdım, hesabdan da məlumatlı idim. Ümumilikdə oyunun bu qədər ağır keçəcəyini bilirdim.

- İndi hansı komanda daha şanslıdır? Sofiyadakı oyunun formatı və ssenarisi necə olacaq?

Hansısa proqnoz vermək çətindir.

- "Qarabağ" haqda fikrin necədir? 

Mənim fikrim budur ki, "Qarabağ" Avropada böyük klublara qarşı oynaya və yaxşı nəticələr əldə edə biləcəyini göstərdi. Amma bir oyunla "Qarabağ"ın güclü və ya zəif olduğunu deyə bilmərik. Bu oyunlarda vacib olan yaxşı oynamaq yox, qazanmaqdır. 

- ÇSKA-nın pley-off mərhələsinə vəsiqə qazanması sizin üçün sürpriz olacaq?

Xeyr, ÇSKA "Qarabağ"ı məğlub edərək pley-off mərhələsinə vəsiqə qazansa, mənim üçün təəccüblü olmayacaq. Çünki ÇSKA böyük klubdur. Onlar avrokuboklarda da əvvəllər uğurlu çıxış ediblər. 

- Həm ÇSKA, həm də "Qarabağ"da oynamısan. Hansı komandanın pley-off mərhələsinə vəsiqə qazanmasını istəyirsən? Hansı komandaya azarkeşlik edəcəksən?

⁠Bu suala cavab verə bilməyəcəm. Çünki hər iki komandanın növbəti mərhələyə vəsiqə qazanmasını istəyirəm. Amma bu da mümkün deyil, çünki növbəti mərhələyə bir komanda yüksəlməlidir. Həqiqətən də buna cavab verə bilməyəcəm. Onlar həm mənim keçmiş klubumdur, hər ikisində çox gözəl vaxtlarım olub. ÇSKA-nın heyətində Bolqarıstan çempionu olmuşam, “Qarabağ”da olduğum dönəmdə isə ölkə kubokunu qazanmışam. 

Mirbağırağa

Xəbər xətti