"Beşiktaş" və "Trabzonspor"un oyunları "Sport TV"də

11:35 - 20 Avqust 2026

Türkiyə klublarının bu gün keçiriləcək oyunları ölkəmizdə də yayımlanacaq.

Sportal.az xəbər verir ki, UEFA Avropa Liqasının pley-off qarşılaşmaları çərçivəsində “Beşiktaş” doğma meydanda "Kauno Jalgiris"i qəbul edir.

Bakı vaxtı ilə 21:00-da start veriləcək görüş Sport TV-də izləyicilərə təqdim olunacaq.

Həmin saatda “Trabzsonspor”-“Ferentsvaroş” matçının da start fiti səslənəcək bu görüşü isə Sport TV 2 vasitəsi ilə canlı izləmək mümkündür.

Xəbər xətti