"Mançester Siti"nin futbolçusu "Nyukasl"da - RƏSMİ

22:55 - 26 Avqust 2026

Niko Qonzales “Nyukasl”ın futbolçusu olub.

Sportal.az xəbər verir ki, "Nyukasl" 24 yaşlı yarımmüdafiəçinin "Mançester Siti"dən transferini açıqlayıb. Qonsales yeni klubu ilə uzunmüddətli müqavilə imzalayıb.

Daha əvvəl bildirildiyi kimi, transferin məbləği 47 milyon funt-sterlinq təşkil edib. Daha 3 milyon funt isə bonuslar şəklində nəzərdə tutulub.

Qonzales “Mançester Siti”nin heyətində iki mövsüm keçirib və Premyer Liqada 36 oyunda 2 qol vurub.

Xəbər xətti