"Milan" İstanbul klubunun təklifini qəbul etdi

18:30 - 27 Avqust 2026

"Milan"ın futbolçusu Rafael Leao karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Qalatasaray" portuqaliyalı vingeri transfer etmək istəyir. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

İtaliya klubu "sarı-qırmızılar"ın 45 milyon avroluq təklifini qəbul edib. "Qalatasaray" Leaonun özünə isə illik 10 milyon avro maaş təklif edib. 27 yaşlı oyunçu razılıq versə, keçid baş tutacaq.

Qeyd edək ki, "Milan" Rafael Leaonu 2019-cu ilin yayında "Lill"dən 50 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti