"Beşiktaş"ın sabiq futbolçusu üçün 45 milyon avro tələb edirlər

18:37 - 11 Noyabr 2026

"Kruzeyro"nun futbolçusu Keni Arroyo Avropaya qayıda bilər.

Sportal.az xəbər verir ki, "Roma" və "Benfika" ekvadorlu vingeri transfer etmək istəyir. Bu barədə "RTI Esporte" nəşri məlumat yayıb.

Braziliya klubu Arroyonu satmaq variantını dəyərləndirə bilər. Belə ki, onlar 20 yaşlı ön xətt oyunçusu üçün 45 milyon avro tələb edirlər.

Qeyd edək ki, "Kruzeyro" Keni Arroyonu 2025-ci ilin yayında "Beşiktaş"dan 8,5 milyon avroya transfer edib. Ekvador millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti