Çexiya millisinin baş məşqçisi Santi Deniya Lamin Yamalın sabah keçiriləcək Millətlər Liqası matçında iştirak edə bilməyəcəyinə görə təəssüfləndiyini bildirib.
Sportal.az xəbər verir ki, İspaniya və Çexiya yığmaları arasında qrup mərhələsinin oyunu noyabrın 12-də Praqada keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Yamal dizindəki problemlərə görə milli komandanın düşərgəsinə qoşulmayıb. Bununla belə, onun bazar günü İngiltərəyə qarşı keçiriləcək matçda iştirak edə biləcəyi gözlənilir.
“Biz Laminin oynamasını istəyirdik, amma buna təsir edə bilmərik. İnsanlar Yamala baxmaq üçün bilet alırlar. Görək, İspaniya hansı heyətlə meydana çıxacaq və biz hansı futbolçulardan istifadə edə biləcəyik. Əsas odur ki, komandamızda zədəli futbolçu yoxdur. İspaniya millisindəki hər kəsi tanıyıram və onları görmək xoşdur. Amma oyun başlayanda hər şeyi unudursan. Ümid edirəm ki, bizimlə matçdan sonra da qələbə qazanmağa davam edəcəklər. Təəssüf ki, onların qələbə seriyasını dayandırmalı olacağıq”, – deyə Deniya bildirib.
saytlarin hazirlanmasi

