Azərbaycan təmsilçisi Türkiyə klubuna qarşı

10:18 - 12 Noyabr 2026

Bu gün Azərbaycanın “Gəncə” basketbol klubu Avropa kubokunda C qrupunun 6-cı turunun oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, Murat Dikmenin rəhbərlik etdiyi kollektiv evdə Türkiyənin “Esenler Erokspor” klubunu qəbul edəcək.

19:00 “Gəncə” (Azərbaycan) – “Esenler Erokspor” (Türkiyə)
Gəncə, İdman Sarayı.

Bundan əvvəl “Gəncə” səfərdə “Esenler Erokspor”a (63:92) və “Universitat Krayova”ya (96:105) uduzmuşdu, evdə isə “Kolossos”la bacarmamışdı (62:80). Gəncəlilər evdə isə “Sportinq”ə qalib gəlmişdi (69:67). 
 

Xəbər xətti