UEFA prezidentindən yeni təklif

01:00 - 30 Dekabr 2014

Mişel Platini: "Futbolçular da anlayar ki, etiraz və simulyasiya komandanın zərərinə işləyəcək"
 
UEFA Prezidenti Mişel Platini maraqı fikirlə çıxış edib.
 
Sportal.az xəbər verir ki, Avropa futbol qurumunun rəhbəri hakimin qərarına etiraz etməyə görə futbolçunun oyundan 5-10 dəqiqə uzaqlaşdırma gətirəcək ağ vərəqənin tətbiq edilməsinin tərfdarıdır:
 
"Ağ vərəqələrin istifadəsi bizim yeni təşəbbüsümüzdür. Bu oyunçuların rəftarına görə verilən vərəqədir. Aktyorluq və hakimin qərarına etiraz etmək oyuna kolgə salır. Ağ vərəqənin hesabına oyunda fasilə daha az ola bilər. Artıq futbolçular da anlayar ki, etiraz və ya simulyasiya komandanın zərərinə işləyəcək. Bundan sonra bəlkə futbolçular ehtiyatlı davranarlar".  

Xəbər xətti