"Kəpəz"dən azarkeşlərinə jest

13:52 - 7 Fevral 2018

Ölkə çempionatının 15-ci turunda səfərdə "Neftçi"nin qonağı olacaq "Kəpəz" azarkeşlərə jest edib.
 
Sportal.az xəbər verir ki, rəhbərlik "Kəpəz"sevərlərə avtobus ayırıb. Oyun zamanı komandasına yaxından dəstək vermək istəyənlər bu imkana sahib olacaq.
 
Fevralın 11-də "Bakcell Arena"da baş tutacaq matçın start fiti saat 17.30-da səsləndiriləcək.

Xəbər xətti