Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Qalatasaray"ın iki futbolçusunu cəzalandırıb.
Sportal.az xəbər verir ki, qurum Barış Alper Yılmaz və Kerem Demirbaya cəza verib. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Hər iki oyunçu bir oyunluq cəzalandırılıb. Futbolçular həmçinin, 58 min TL məbləğində cərimə olunub. Onlar Türkiyə Kuboku yarımfinal mərhələsinin "Konyaspor"la görüşündə iştirak edə bilməyəcək. Qarşılaşma 22 aprel tarixində baş tutacaq.
Qeyd edək ki, Barış Alper Yılmaz və Kerem Demirbay ölkə kubokunun 1/4 final mərhələsinin "Fənərbaxça" ilə matçında baş verənlərə görə cəzaya məruz qalıb.
saytlarin hazirlanmasi