Lionel Messinin formasını geyindiyi "İnter Mayami" CONCACAF Çempionlar Kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, ABŞ təmsilçisi 1/4 finalın cavab görüşündə "Los Anceles"lə qarşılaşıb.
Matç "İnter Mayami"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Messi isə bu görüşdə bir assistlə oynayıb.
"İnter Mayami" ilk oyunda rəqibinə 0:1 uduzmuşdu. ABŞ klubu yarımfinalda "Vankuver"lə üz-üzə gələcək.
saytlarin hazirlanmasi