Rodrinin "Mançester Siti"dən "Real"a mümkün transferindən imtina etməsinin təfərrüatları məlum olub.
Sportal.az xəbər verir ki, daha əvvəl bildirilirdi ki, ispaniyalı yarımmüdafiəçi “Real”ın danışıqlarda növbəti addımı atmasını gözləməkdən yorulduğu üçün "Barselona" ilə maliyyə şərtlərini razılaşdırıb.
As nəşrinin məlumatına görə, Rodri yekun qərarını verərək “Barselona”ya keçməyi seçib və bu barədə “Real” rəhbərliyini rəsmi şəkildə məlumatlandırıb. Halbuki Madrid klubu bir neçə gün əvvəl ona çox sərfəli maliyyə təklifi təqdim etmişdi.
Mənbənin yazdığına görə, futbolçu “Real” rəhbərliyi ilə söhbətlərində həmişə kluba böyük hörmətlə yanaşdığını bildirib, lakin heç vaxt qərarında tam əmin olmadığını göstərməyib. Bu isə Madrid klubunu daim qeyri-müəyyən vəziyyətdə saxlayıb. “Real” hesab edir ki, futbolçu bu kluba keçmək üçün qərarından yüz faiz əmin olmalıdır və Rodri belə qəti mövqe nümayiş etdirməyib. Buna görə də klub onun qərarını anlayışla qarşılayıb və hörmətlə yanaşıb.
Son söhbət zamanı Rodri “Barselona”nı seçməsinin səbəblərini də izah edib. O, buna səbəb kimi:
komandanın oyun üslubunu;
Pep Qvardiolanın futbol irsini;
son illərdə İspaniya millisində birlikdə çıxış etdiyi futbolçularla daha yaxın münasibətlərini göstərib.
saytlarin hazirlanmasi
