İtaliya klubunda yeni müqavilə

15:18 - 20 Noyabr 2018

“Torino” futbolçusu Yaqo Falkenin müqaviləsinin müddətini uzadıb.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisi 28 yaşlı futbolçu ilə müddəti 2022-ci ilə qədər olan yeni müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Falke cari mövsümdə “Torino” formasıyla 10 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

İspan futbolçuyla “Sevilya” yaxından maraqlanırdı.

Xəbər xətti