"Milan" sabiq futbolçusu - "Los-Anceles Qelaksi"nin hücumçusu Zlatan İbrahimoviçlə danışıqları davam etdirir.
Sportal.az xəbər verir ki, klubu rəsmiləri futbolçunun agenti Mino Rayola ilə görüşüb. Tərəflər arasında 4 saat danışıq aparıldığı bildirilir.
"Milan"ın İbrahimoviçə 6 ay + 6 ay şərti ilə müqavilə təklif etdiyi deyilir. Zlatanın ABŞ klubu ilə müqaviləsi 2019-cu ilin sonunda başa çatacaq.
Qeyd edək ki, 37 yaşlı forvard 2010-2012-ci illərdə "Milan"da çıxış edib.