İtaliyanın "Napoli" klubunun prezidenti Aurelio De Laurentiis PSJ-nin hücumçusu Edinson Kavaninin transferi barədə danışıb.
Sportal.az xəbər verir ki, klub rəhbəri uruqvaylı forvardın transfer şərtlərini açıqlayıb:
"Əgər PSJ Kavanini azad agent kimi buraxsa və o, bizə illik 6-7 milyon avroluq maaşa gəlməyə razı olsa, geri dönə bilər. Həm də Karlo Ançelottinin də qərarı vacibdi".
Qeyd edək ki, 31 yaşlı hücumçu 2013-cü ildə "Napoli"dən PSJ-yə keçmişdi.